Valyuta hərracında bankların tələbi 23,5% artıb

12:31 - 18.02.2025


18 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ xəbər verir ki, AMB-yə istinadən fevralın 18-də keçirilən valyuta hərracında bankların tələbi 44,7 milyon dollar təşkil edib və tam təmin edilib.

Bu, ötən hərracdan 8,5 milyon dollar (23,5%) çoxdur. Fevralın 13-də keçirilən valyuta hərracında AMB 36,2 milyon dollar dəyərində valyuta satıb.

Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.