Bundan sonra əlillərin əl işlərindən də vergi tutulacaq

16:21 - 10.02.2025


10 fevral, Fineko/abc.az. Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan şəxslərin əl işlərindən əldə etdiyi gəlirlər verciyə cəlb olunacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə dəyişiklik ediləcək. Belə ki, Vergi Məcəlləsinə 101.6-1 maddəsi əlavə edilir.

Həmin maddəyə əsasən əlilliyi olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə edilən gəlirlərindən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Başqa sözlə, əlillərin əl işlərindən əldə edilən gəlirlərin tam dövriyyəsindən vergi tutulacaq. Daha sadə desək, əgər gəlirlərdən xərclər çıxılıb, daha sonra vergiyə cəlb olunsaydı, vergi məbləği daha az olacaqdı.

Əvəzində ələllərin əl işlərinin satışının bir hissəsi üzrə sosial sığorta ödənişi – DSMF-ə ödənişlər edilməyəcək.