Neft bahalaşır, Brent bir barelə $74,72 təşkil edir

09:35 - 6.02.2025


6 fevral, Fineko/abc.az. Əvvəlki sessiyanın nəticələrinə görə düşmədən sonra cümə axşamı hərracda etalon markalı neftin qiymətləri cüzi yüksəlir.

Brent markalı neftin aprel fyuçersi ICE Futures birjasında saat 09:30-da $0,11 (0,15%) artaraq bir barel üçün $74,72-a yüksəldi. Fevralın 5-də aparılan hərracların nəticələrinə görə, Brent-in aprel fyuçersləri $1,59 (2,09%) ucuzlaşaraq bir barelə $74,61-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçersləri saat 09:30-da $0,16 (0,23%) artaraq bir barelə $71,19-a yüksəlib. 5 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $1,67 (2,30%), bir barelə $71,03-a düşüb.