Neft ucuzlaşır, Brent bir barelə $75,18 təşkil edir

09:20 - 4.02.2025


4 fevral, Fineko/abc.az. Etalon markaların qiyməti dünən qalxdıqdan sonra çərşənbə axşamı hərracda düşür.

Brent markalı neftin aprel fyuçerslərinin qiyməti ICE Futures birjasında saat 09:16-da $0,78 (1,03%), bir barel üçün $75,18-a düşdü. Fevralın 3-də keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel fyuçersləri $0,29 (0,38%) artaraq bir barel üçün $75,96-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində  WTI neftinin mart fyuçerslərinin qiyməti saat 09:16-da $1,16 (1,59%) azalaraq bir barel üçün $72,00-a düşüb. 3 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $0,63 (0,87%), bir barelə $73,16-a yüksəlib.