Çin ABŞ-la ticarət danışıqlarına başlamaq istəyir

10:35 - 3.02.2025


3 fevral, Fineko/abc.az. Çin ABŞ prezidenti Donald Trampın 2020-ci ildə ilk administrasiyası ilə bağlanmış razılaşmalar əsasında ABŞ-la ticarət siyasəti üzrə danışıqlara başlamaq istəyir.

ABC.AZ xəbər verir ki, məlumata görə, ticarət müharibəsinin qarşısını almaq üçün Çin Tramp ilə ilk prezidentlik dövründə bağlanmış və ABŞ-dan idxalı 200 milyard dollar artırmaq öhdəliyini nəzərdə tutan "birinci mərhələ" razılaşmalarına qayıtmaq istəyir. Pekin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində danışıqlar aparmağa, həmçinin Amerika iqtisadiyyatına, xüsusən də elektrikli avtomobillər üçün batareyaların istehsalına qoyulan investisiyaları artırmağa çalışacaq, əlavə olaraq yuanın süni şəkildə azaldılmasından imtina edəcək.

Çinin ticarət Nazirliyindən bildirilib ki, Çin ABŞ-ın Çin məhsullarına rüsum tətbiq etməsi ilə bağlı ÜTT-yə iddia qaldıracaq. Qurum ümid edir ki, həmçinin ABŞ "digər ölkələri tariflərlə təhdid etmək əvəzinə daxili problemlərini obyektiv və rasional şəkildə nəzərdən keçirəcək".