BOKT-lar ötən il 157.07 milyon manat xalis mənfəət əldə ediblər

14:43 - 30.01.2025


30 yanvar, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları (BOKT) 2024-cü ilin yekunlarına əsasən, 157.07 milyon manat xalis mənfəət əldə ediblər. Bu da öncəki ildə qeydə alınmış 75.78 milyon manatı 107 faiz üstələyib.

ABC.AZ xəbər verir ki, BOKT-lərin faiz və bu qəbildən olan digər gəlirlər 246.44 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 31% artım deməkdir.

Gəlirlərin əsas hissəsi – kreditlər üzrə faiz gəlirləri isə 243.2 milyon manat olub.

Faizlər və onlara bağlı xərclər 37.03 milyon manata yüksəlib. Nəticədə, xalis faiz gəliri 31% artaraq 209.413 milyon manata çatıb.