16:11 - 28.01.2025
28 yanvar, Fineko/abc.az. Ötən il dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 17969,6 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 200,6 milyon manat və ya 1,1 faiz çoxdur.
ABC.AZ xəbər verir ki, 2024-cü ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 26,6 faizi və ya 4780,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 2,3 faizi və ya 408,0 milyon manatı sair daxilolmalar, 71,1 faizi və ya 12781,0 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.