10:18 - 28.01.2025
28 yanvar, Fineko/abc.az. ABŞ-nin çip istehsalçısı “Nvidia” Çinin “DeepSeek” süni intellekt startapına görə yarım trilyon dollar dəyər itirib.
ABC.AZ xəbər verir ki, Çinli startapın Google və OpenAI kimi rəqiblərindən daha qısa müddətdə, daha ucuz qiymətə və daha az çiplə inkişaf etdirdiyi süni intellekt modeli tez bir zamanda bütün dünyada geniş şəkildə istifadə olunmağa başlayıb. Model ABŞ-da yerləşən ChatGPT-ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramına çevrilib.
Çinin ucuz qiymətə süni intellekt modelini işə salması qərb şirkətlərinin, xüsusən də ABŞ-ın sektorda hökmranlığına və bu sahədə etdikləri böyük xərclərə dair şübhələri artırıb.