17:31 - 27.01.2025
27 yanvar, Fineko/abc.az. Saxta qızıl, alıcıları platin və gümüşdən olan bəzək əşyalarını almağa vadar edə bilər.
ABC.AZ xəbər verir ki, bu barədə Cbonds əmtəə bazarlarının analitiki Viktor Poplavski danışıb.
O, Türkiyədə, zərgərlərin də ayırd edə bilmədikləri belə saxta qızılın geniş yayılması ilə bağlı xəbərlər fonunda belə bir açıqlama verib.
Ekspert hesab edir ki, saxta məhsullar Türkiyədən kənara çıxsa, bu, qızıl zinət əşyalarının populyar olduğu zərgərlik bazarları üçün təhlükə yaradacaq.
"İstehlakçılar Qiymətli Metallara tələb dinamikasını dəyişdirəcək gümüş və ya platin kimi daha etibarlı alternativlər axtarmağa başlaya bilərlər."
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026