Azərbaycan buna görə ÜTT ilə danışıqlara başladı

14:40 - 24.01.2025


24 yanvar, Fineko/abc.az. Azərbaycan ABŞ, Avropa İttifaqı (Aİ), Norveç, İsveçrə, Rusiya, Çin, Kanada, Hindistan, Malayziya, İndoneziya, Cənubi Koreya, Argentina, Braziliya, Səudiyyə Ərəbistanı daxil olmaqla ümumilikdə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) 19 üzvü ilə mallar və xidmətlər üzrə danışıqlar aparır.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bundan başqa, bir sıra üzv dövlətlərdən daxil olan sualların cavablandırılması istiqamətində müvafiq işlər görülür.

“ÜTT-yə üzvlüyü çərçivəsində ikitərəfli danışıqlarda mal nomenklaturu üzrə idxal tarifləri və müxtəlif xidmət sektorları üzrə bazara çıxış məsələləri, çoxtərəfli danışıqlarda isə ticarət rejimi, o cümlədən, texniki tənzimləmə və s. məsələlər müzakirə olunur”, – nazirlikdən bildirilib.