12:38 - 23.01.2025
23 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, yanvarın 23-də keçirilən valyuta hərracında bankların tələbi 52,5 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 0,7 milyon dollar (1,3%) azdır. Yanvarın 21-də valyuta hərracında Mərkəzi Bank banklara 53,2 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.