11 ayda Azərbaycanda viski istehsalı 2,9 dəfə artıb

17:30 - 14.01.2025


14 yanvar, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 763,1 min dkl viski (konyak) istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ko, 2023-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 497,3 min dkl və ya 2,9 dəfə artıb.

2023-cü ilin yanvar-noyabr aylarında 150,5 min dkl viski (konyak) istehsal edilmişdi.

2024-cü ilin dekabr ayının 1-nə hazır viski ehtiyatı 181,2 min dkl təşkil edib.

Hazır məhsul ehtiyatı 113,6 min dkl, yəni 2,7 dəfə artıb. 2023-cü ilin eyni dövründə hazır məhsul ehtiyatı 67,6 min dkl olub.