15:56 - 14.01.2025
14 yanvar, Fineko/abc.az. USDT stabilcoinin emitenti “Tether”, El Salvadorda qərargah açacaq.
ABC.AZ xəbər verir ki, baş direktor Paolo Ardoino bildirib ki, qərar El Salvadorun kriptovalyuta ticarəti üçün mərkəz olmaq məqsədini dəstəkləyir. Qərargahla yanaşı, bir neçə həmtəsisçi də ölkəyə köçəcək.
“CoinGecko” məlumatlarına görə, “Tether”in USDT-si 212 milyard dollarlıq stabilkoin bazarının təxminən üçdə ikisini təşkil edir ki, bu da son bir ildə 45% artım deməkdir. Stabilcoinlər sabit dəyəri saxlamaq və dəyişkənliyi azaltmaq üçün nəzərdə tutulmuş kriptovalyutalar və ənənəvi maliyyə arasında körpü rolunu oynayır.