Neft bahalaşmağa davam edir, Brent bir barelə $81,13 təşkil edir

09:20 - 13.01.2025


13 yanvar, Fineko/abc.az. Etalon markaların qiyməti ötən həftənin nəticələrinə görə qalxdıqdan sonra bazar ertəsi ticarətdə artmağa davam edir.

Brent markalı neftin mart fyuçersi ICE Futures birjasında saat 09:18-də $1,37 (1,72%) artaraq bir barel üçün $81,13-a yüksəlib. 10 yanvar ticarətinin nəticələrinə görə, Brent-in mart fyuçersləri $2,84 (3,69%) artaraq bir barelə $79,76-a yüksəlib.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin fevral fyuçersləri saat 09:18-də $1,48 (1,93%) artaraq bir barelə $78,05-a yüksəlib. 10 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin fevral fyuçersləri $2,65 (3,58%), bir barelə $76,57-a yüksəlib.

Ötən həftə Brent markalı neft 4,25%, WTI isə 3,53% bahalaşıb.