Çində dünyanın ən iri hidro akkumulyasiya stansiyası istifadəyə verilib

17:37 - 10.01.2025


10 yanvar, Fineko/abc.az. Çinin Fengning əyalətində dünyanın ən iri hidro akkumulyasiya stansiyası, quraşdırılmış gücü 3,6 GVT ilə, son qurğu işə salındıqdan sonra tam istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, Hebei əyalətində yerləşən bu 2,6 milyard dollarlıq genişmiqyaslı layihə hər il 6,61 TVT·saat elektrik enerjisi istehsal edəcək və suyun vurulması üçün 8,71 TVT·Saat istehlak edəcəkdir. Stansiya külək və günəş enerjisi istehsalındakı dalğalanmaları düzəldəcək, enerji təchizatı sabitliyini təmin edəcəkdir.