17:18 - 10.01.2025
10 yanvar, Fineko/abc.az. Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çjou Tsyan ilə görüşüb.
ABC.AZ xəbər verir ki, hökumət Administrasiyasının məlumatında deyilir ki, "söhbət zamanı Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq haqqında Sazişdə nəzərdə tutulmuş sahələrdə əməkdaşlıq məsələləri, eləcə də ticari-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikası müzakirə olunub.
“Qeyd olunub ki, azad ticarət sazişi və vizasız rejim, eləcə də insanlar arasında əlaqələr ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkandır. Tərəflər nəticəyə yönəlmiş əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını təsdiqlədilər”, - məlumatda deyilir.
Kobaxidze ötən ay da Çin səfiri ilə görüşmüşdü. O zaman bildirilirdi ki, dekabr ayında keçirilən görüşdə Çin tərəfdaşlarının Anakliya limanı layihəsinin həyata keçirilməsində iştirakına xüsusi diqqət yetirilib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026