11:23 - 29.12.2024
29 dekabr, Fineko/abc.az. İran neft hasilatını sutkada əlavə 250 min barel artırır.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin neft naziri Mohsen Paknejad bildirib.
Noyabrın sonunda İran Milli Neft Şirkətinin (NIOC) icraçı direktoru Həmid Bovard bildirmişdir ki, avqust ayından başlayaraq 100 gün ərzində Prezident Məsud Pezeşkian hökuməti neft hasilatını gündə 60 min barel, qaz hasilatını isə 30 milyon kubmetr artırıb.