14:56 - 28.12.2024
28 dekabr, Fineko/abc.az. Putin rus dilini bilməyən miqrantların uşaqlarının məktəblərə yazılmasını qadağan edən qanun imzalayıb.
ABC.AZ xəbər verir ki, bundan sonra xarici vətəndaşlar, məktəblərə qəbul olunmaq üçün Rusiya Federasiyasında olmalarının qanuniliyini təsdiqləyən sənəd təqdim etməli olacaqlar. Bunun üçün rus dili testindən uğurla keçmək lazımdır.
İmtahan dövlət və ya bələdiyyə ümumi təhsil təşkilatlarında pulsuz verilə bilər.
Məlumatda deyilir ki, testdən keçməyənlər təhsil proqramlarına buraxılmayacaq.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026