ABŞ-ın “American Airlines” aviaşirkətinin bütün uçuşları təxirə salınıb — Səbəb

17:08 - 24.12.2024


24 dekabr, Fineko/abc.az. ABŞ-ın ən iri aviaşirkətində problem Milad ərəfəsində baş verib.

ABC.AZ xəbər verir ki, Federal Aviasiya İdarəsi sistem xətası aradan qaldırılana qədər uçuşa icazə vermir. 

"Komandamız problemi ən qısa müddətdə həll etməyə çalışır və narahatçılığa görə müştəridən üzr istəyirik", — deyə şirkətdən bildiriblər.
The US Sun yazır ki, hava limanlarında artıq xaos başlayır. Sərnişinlər tətillərinin pozulduğunu hesab edirlər, səlahiyyətlilər və aviaşirkətin bərpa müddətlərini demədiklərindən şikayətlənirlər.