Azərbaycanda karbomid istehsalı kəskin artdı - Hesabat

10:49 - 24.12.2024


24 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında ölkədə 592 min ton karbamid istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrünün göstəricisindən 192,6 min ton və ya 48,2% çoxdur.

Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 70,7 min ton təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ili müqayisədə 8,4 min ton (13,5%) artıqdır.