Neft bahalaşır, Brent bir barelə $72,87 təşkil edir

09:30 - 23.12.2024


23 dekabr, Fineko/abc.az. Etalon markaların qiymətləri keçən həftənin sonunda azaldıqdan sonra bazar ertəsi günü hərracda yüksəlir.

Brent markalı neftin mart fyuçersi ICE Futures birjasında saat 09:27-də $0,31 (0,43%) artaraq bir barelə $72,87-a yüksəlib. Dekabrın 20-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin mart fyuçersləri $0,11 (0,15%) artaraq bir barelə $72,56-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin fevral fyuçersləri saat 09:27-də $0,34 (0,49%) artaraq bir barelə $69,80-a yüksəldi. 20 dekabr ticarətinin nəticələrinə görə, WTI neftinin fevral fyuçersləri $0,08 (0,12%), bir barelə $69,46-a yüksəlib.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 2,08%, WTI nefti isə 1,92% ucuzlaşıb.