14:00 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları təsdiqlənib.
ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.
Bu Qayda strateji əhəmiyyətli malların monitorinqinin həyata keçirilməsinin təşkilati və hüquqi əsaslarını, qaydasını, həmçinin həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin meyarlarını müəyyən edir. Strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan - Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.
Monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsi və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsidir.
10 Avqust 2026
10 Avqust 2026