11:22 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. “Southwind Airlines” aviaşirkəti, Kilit Group (Nirvana və Crystal otelləri) sahibi Süleyman Kilit tərəfindən satın alınıb.
ABC.AZ xəbər verir ki, Türkiyə turizm sənayesinin mütəxəssisləri sərmayəni otelyerlər üçün "çox sərfəli" adlandırıblar.
Türkiyənin turizm biznesi yaxın gələcəkdə Kilit Group-un strukturunda və fəaliyyətində ciddi dəyişikliklər gözləyir və aviaşirkətin alışını "aviasiya sektoruna daxil olmaq üçün strateji addım" adlandırır.
İndi “Southwind” Rusiya və Qazaxıstandan Türkiyəyə çarter reyslər həyata keçirir. Tur operatorlarının fikrincə, yaxın gələcəkdə heç nə dəyişməyəcək, Southwind hava yollarında oturacaq blokları Coral Travel və PEGAS Touristik tərəfindən alınır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026