11 ayda dövlət büdcəsinin gəlirləri 34 milyard 56.2 milyon manat olub

16:51 - 17.12.2024


17 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.9% artaraq 34 milyard 56.2 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 11 ayında büdcənin xərcləri isə 6.5% artaraq 31 milyard 38.1 milyon manata yüksəlib.

Bu ilin 11 ayında dövlət büdcəsinin profisiti 3 milyard 18.1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6.2 dəfə çoxdur. 2023-cü ilin eyni dövründə bu rəqəm 486.8 milyon manat təşkil edib.