14:05 - 17.12.2024
17 dekabr, Fineko/abc.az. Hazırda Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərdir.
ABC.AZ xəbər verir ki, bunu maliyyə texnologiyalarına dair məlumatlılıq savadlılığının artırılması təlimində Mərkəzi Bankın şöbə rəisi Xaləddin Tağıyev bildirib.
Azərbaycanda virtual aktivlərin həcminə gəldikdə isə o bunun 2023-cü ildə 4,4 milyard dollara bərabər olduğunu açıqlayıb.
"Bura kriptovalyuta ilə aparılan əməliyyatlar daxildir", - deyə X. Vurğulayıb
Qeyd edək ki, Azərbaycan bu göstərici ilə Yaxın Şərq və Şimali Afrika ölkələri (MENA) sırasında 10-cu yerdədir. Siyahıya 130 milyard dollarla Türkiyə başçılıq edir.
Müəllif: Elmir Murad