11:39 - 4.09.2018
4 sentyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan və “Şahdəniz” yatağından kondensatın satışından əldə etdiyi gəlir 6,656 milyon dollar təşkil edib.
ARDNF-dan verilən məlumata əsasən, o cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 115 milyon dollar təşkil edib.
ARDNF-in məlumatında əsasən, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 2001-ci ildən etibarən 1 sentyabr 2018-ci il tarixinə qədər 135 142 milyon dollar təşkil edib. “Şahdəniz” yatağından qazın satışından isə 2007-ci ildən etibarən 1 sentyabr 2018-ci il tarixinə qədər 2 506 milyon dollar əldə edilib.