16:56 - 9.12.2024
9 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 19 mlrd. 808,3 mln. manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.
Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, cari ilin 1 dekabr tarixinə qədər ölkə ərazisində 103.419 ədəd yeni nəsil NKA quraşdırılıb.
12 Avqust 2026