Belarus vətəndaşı Azərbaycanda yarım milyon manat sərmayə ilə yeni şirkət yaradıb

11:15 - 4.12.2024


4 dekabr, Fineko/abc.az. 27 sentyabr 2024-cü il tarixində Dövlət Vergi Xidməti "Maestral" MMC-ni (VÖEN: 2008791061) qeydiyyatına alıb.

ABC.AZ xəbər verir ki, şirkətin nizamnamə kapitalı 563 880 manatdır.  Qanuni təmsilçisi Belarus vətəndaşı Voronina Marina Pavlovnadır.

Hüquqi ünvanı AZ1025, Bakı Şəhəri Xətai Rayonu, 8 noyabr, ev.15, Azure Business Centre, Mərt 20, m. 140  ünvanında yerləşir.