09:30 - 4.12.2024
4 dekabr, Fineko/abc.az. Etalon markaların qiyməti çərşənbə günü hərracda artır.
Saat 09:24-də ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti $0,19 (0,26%) artaraq bir barel üçün $73,81-a yüksəldi. Dekabrın 3-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $1,79 (2,49%) artaraq bir barel üçün $73,62-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçersləri saat 09: 24-də $0,17 (0,24%) artaraq bir barel üçün $70,11-a yüksəldi. 3 dekabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $1,84 (2,70%) – bir barel üçün $69,94-a yüksəldi.