Doqquz ayda kreditlərin dollarlaşma səviyyəsi azalıb - Mərkəzi Bank

15:20 - 3.12.2024


3 dekabr, Fineko/abc.az. 2024-cü ilin 9 ayında kreditlərin dollarlaşma səviyyəsində azalma meyli davam edib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda öz əksini tapıb.

Hesabat dövründə manatla kreditlər 21.2%, xarici valyutada isə 6.3% artıb. Xarici valyutada olan kreditlərin cəmi kreditlərdə payı 2 faiz bəndi azalaraq sentyabrın sonuna 16.6% təşkil edib.

Hesabat dövründə manatla yeni verilmiş kreditlər üzrə orta çəkili faizlər 16%, xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta çəkili faizlər isə 6% təşkil edib.