Banklar 9 ayda “Bloomberg”də 67 milyard manatlıq əməliyyat aparıb

14:18 - 3.12.2024


3 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində “Blumberq” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 67.1 mlrd. manat məbləğində 2466 ədəd əqd bağlanıb. 

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda qeyd edilib. Belə ki, icmalda sözügedən əməliyyatların həcm olaraq 97%-i 1-3 günlük olduğu vurğulanıb.

Banklararası repo bazarında isə 7.9 mlrd manat həcmində 541 əqd bağlanıb. Bu əqdlərin həcm olaraq 38%-i 1-3 günlük, 28%-i isə 6-8 günlük əməliyyatlar olub. Həm təminatsız, həm də təminatlı bazarda bağlanılan əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb.