12:38 - 3.12.2024
3 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ AMB-nin məlumatına əsasən xəbər verir ki, dekabrın 3-də valyuta hərracında bankların tələbi 71,8 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 8,3 milyon dollar (10,4%) azdır. Noyabrın 28-də keçirilən valyuta hərracında Mərkəzi Bank banklara 80,1 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.