Azərbaycanda banklar ölkə iqtisadiyyatının əsas sütunlarından biridir - Vüsal Qasımlı

10:27 - 3.12.2024


3 dekabr, Fineko/abc.az. Azərbaycanda banklar ölkə iqtisadiyyatının əsas sütunlarından biridir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Çıxışını bankların dayanıqlılıq məsələsi üzərində quran V.Qasımlı qeyd edib ki, banklar dayanıqlı bankçılıq üçün ekoloji, sosial və idarəetmə (ESG) standartarı əsasında inkişafı dəstəkləyən strategiyalar hazırlamalıdır.

O hesab edir ki, banklar "yaşıl maliyyələşdirmə" və davamlı layihələrin təşviqi ilə cəmiyyətin gələcəyinə töhfə verə bilər: "Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi 'Yaşıl Taksonomiya'nı maliyyə sektorunda dayanıqlı inkişaf və "yaşıl keçid" üzrə strateji hədəflərin reallaşdırılması baxımından vaxtında atılmış mühüm addım hesab etmək olar. Bu sənəd iqtisadi sektorlar üzrə "yaşıl fəaliyyət"in növlərini, alt-növlərini və onların texniki təsnifat meyarlarını müəyyən edir, 10 sektoru əhatə edir".

Müəllif: Elmir Murad