16:11 - 28.11.2024
28 noyabr, Fineko/abc.az. 2024-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının cəmi kredit portfeli 27 milyard 80,5 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletendə öz əksini tapıb.
Kredit portfeli aylıq müqayisədə 374,5 milyon manat (1,4%), ötən ilin sonu ilə müqayisədə 3 milyard 897,5 milyon manat (16,8%), illik müqayisədə 4 milyard 620,8 milyon manat (20,6%) böyüyüb.
Qeyd edək ki, cəmi kredit portfeli bu ilin oktyabrın 1-nə 26 milyard 706 milyon manatın, yanvarın 1-nə 23 milyard 183 milyon manat, ötən ilin eyni dövrünə 22 milyard 459,7 milyon manat təşkil edib.