Latviyada Rusiya və Belarusa qarşı sanksiyalar səbəbindən 350 milyon avro dəyərində aktiv dondurulub

16:42 - 27.11.2024


27 noyabr, Fineko/abc.az. Aİ-nin Rusiya və Belarusa qarşı sanksiyalar rejiminin icrası çərçivəsində Latviya hakimiyyəti tərəfindən dondurulmuş aktivlərin ümumi həcmi 350 milyon avrodan çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə gosteleradio LSM portalı ölkənin maliyyə kəşfiyyatı xidmətinin rəis müavini Paulis İlyenkova istinadən məlumat verib.

Onun sözlərinə görə, Baltik Respublikası 53 milyon avro məbləğində maliyyə vəsaitlərini, nominal dəyəri 100 milyon avrodan çox olan müəssisələrin paylarını, 101 daşınmaz əmlak obyektini, 66 nəqliyyat vasitəsini, əqli mülkiyyət hüquqlarını və mineral gübrə yüklərini dondurub.