14:20 - 12.08.2026
12 avqust, Fineko/abc.az. Avqust ayının 1-nə ölkədə qeydiyyatda olan kommersiya qurumlarının sayı əvvəlki illə müqayisədə 6,7% artaraq 211 min 595-ə çatıb.
Dövlət Vergi Xidmətinin məlumatına görə, təkcə iyul ayında 1 257 kommersiya qurumu dövlət qeydiyyatından keçib.
Onların 86,1%-i yerli, 13,9%-i isə xarici investisiyalı müəssisələrdir. Qeydiyyata alınan kommersiya qurumlarının 82,7%-i elektron qaydada rəsmiləşdirilib. Yanvar-iyul aylarında yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 97,1% təşkil edib.
Qeyd edək ki, qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 92,2%-i məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında fəaliyyət gösterir.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026