Rusiyanın xarici ticarət dövriyyəsi 11,4% artaraq 365,6 milyard dollara çatıb

08:00 - 11.08.2026


11 avqust, Fineko/abc.az. Rusiya Federal Gömrük Xidməti yanvar-iyun ayları üzrə xarici ticarət göstəricilərini açıqlayıb. Hesabat dövründə ölkənin ixracı 219,5 milyard dollar (+23,2 milyard dollar), idxalı isə 146,1 milyard dollar (+14,2 milyard dollar) təşkil edib.

Nəticədə Rusiyanın xarici ticarət dövriyyəsi 11,4% artaraq 365,6 milyard dollara, ticarət balansının müsbət saldosu isə 14% artımla 73,4 milyard dollara çatıb.

Bölgələr üzrə ticarət dinamikası:

  • Avropa üzrə: İxrac 5,6% azalaraq 28 milyard dollara düşüb, idxal isə 8,7% artaraq 37,1 milyard dollar olub.

  • Asiya üzrə: İxrac 17,2% artaraq 174,9 milyard dollara, idxal isə 12,6% artaraq 98,9 milyard dollara yüksəlib.