14:18 - 12.08.2026
12 avqust, Fineko/abc.az. Avqustun 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin ümumi sayı 1 milyon 715 min 746 təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, vergi ödəyicilərinin 86,7%-i fiziki şəxslər, 13,3%-i isə hüquqi şəxslər və digər təşkilatlardır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8%, o cümlədən fiziki şəxslərin sayı 4,6%, hüquqi şəxslərin sayı isə 5,9% artıb.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026