15:25 - 12.08.2026
12 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 5% çox – 5 milyard 56 milyon manat təşkil edib.
Fonddan verilən məlumata görə, hesabat dövründə DSMF-nin xərcləri ötən ilin eyni dövrünə nisbətən 10% artaraq 4 milyard 811 milyon manat olub.
Gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6% çox – 4 milyard 48 milyon manat təşkil edib.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026