10:28 - 11.08.2026
11 avqust, Fineko/abc.az. ABŞ Dövlət Departamenti Donald Trampın ikinci prezidentliyi dövründə viza şərtlərini pozduqları əsası ilə 175 mindən çox xarici ölkə vətəndaşının vizasının ləğv edildiyini açıqlayıb.
Dövlət Departamentinin yazılı bəyanatında bildirilir ki, viza ləğvlərinin böyük hissəsi cinayət əməllərinə qarışmış şəxsləri əhatə edir. Qeyd olunub ki, vizası ləğv edilənlər arasında hüquq-mühafizə orqanları tərəfindən saxlanılanlar, zorakılığa çağırış edənlər, dələduzluq törədənlər və ya milli təhlükəsizliyə təhdid yaradanlar var.
Əsas ləğv səbəbləri kimi hücum, sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarəetmə, oğurluq və narkotik cinayətləri üstünlük təşkil edir. Həmçinin cinsi zorakılıq, uşaq istismarı və mənimsəmə kimi ağır cinayətlərə görə də vizaların ləğv edildiyi diqqətə çatdırılıb.
10 Avqust 2026