15:45 - 12.08.2026
12 avqust, Fineko/abc.az. ABŞ-də açıqlanacaq İstehlak Qiymətləri İndeksi (TÜFE) göstəriciləri öncəsində qlobal bazarlarda gözləmə mövqeyi hakimdir. Hörmüz boğazı ətrafında qeyri-müəyyənliyin davam etməsi fonunda neft qiymətlərinin yüksəlməsi səhmdar bazarlarına təzyiq göstərib.
İran tələbləri yerinə yetirilənədək boğazı bağlı saxlayacağını bəyan etsə də, razılaşma ehtimalları neftin bahalaşmasını qismən cilovlayıb. ABŞ xam nefti 83 dollar civarında qapanıb, S&P 500 indeksi isə rekord səviyyələrdən geriləməyə davam edib.
Əsas bazar göstəriciləri və trendlər:
Texnologiya və Süni İntellekt sektoru: "CoreWeave" şirkətinin rüblük satış göstəricilərinin gözləntiləri üstələməsi hesabına səhmləri 16%, "Super Micro Computer" isə 7,6% bahalaşıb. Bu artım "Nasdaq 100" fyuçerslərində 0,3% yüksəlişə təkan verib.
Asiya birjaları: Cənubi Koreyanın "Kospi" indeksi 4% artıb; "Samsung Electronics" və "SK Hynix" səhmləri təxminən 7% dəyər qazanıb. "MSCI Asia Pacific" indeksi 0,7% yüksəlib.
Qızıl və Valyuta bazarı: Qızılın bir unsiyası 1,1% artaraq 4 400 dolları ötüb. Valyuta bazarında dollar/TL məzənnəsi 47,76 səviyyəsində qərarlaşıb.
Bazar analitikləri bildirir ki, iyul ayı üzrə ABŞ inflyasiyasının aylıq 0,1%, illik isə 3,4% (əvvəlki ay 3,5%) olacağı gözlənilir. İllik bazada nəzərdə tutulan səngimə ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr görüşündə faiz dərəcələrini sabit saxlaması ehtimalını artırır.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026