11:38 - 27.11.2024
27 noyabr, Fineko/abc.az. 2024-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,506 mln. manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın oktyabr ayı üzrə statistik bülletenində əks olunub. Həyata keçirilən nağdsız ödənişlərin 6,359 mln. manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 1,139 mln. manatı POS-terminallar, 7.2 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.8%-ni təşkil edib.