Neft bahalaşır, Brent bir barelə $72,93 təşkil edir

09:41 - 27.11.2024


27 noyabr, Fineko/abc.az. Etalon markaların qiyməti çərşənbə günü hərracda artır.

Brent markalı neftin yanvar ayı üçün ICE Futures birjasında qiyməti saat 09:38-ə qədər $0,12 (0,16%) artaraq bir barel üçün $72,93-a çatıb. Noyabrın 26 – da keçirilən hərracların nəticələrinə görə,  Brent neftinin yanvar fyuçersləri $0,20 (0,27%) azalaraq bir barel üçün $72,81-a enib.

Saat 09:38-ə qədər NYMEX əmtəə birjasının ticarətində yanvar neft fyuçerslərinin qiyməti $0,10 (0,15%) artaraq bir barel üçün $68,87-a yüksəldi. 26 noyabr ticarətinin nəticələrinə görə, yanvar ayı üçün neft fyuçersləri $0,17 (0,25%) ucuzlaşaraq bir barel üçün $68,77-a düşdü.