Bitkoinin qiyməti 97 min dolları ötüb

09:54 - 21.11.2024


21 noyabr, Fineko/abc.az. Bitkoinin dəyəri 97 min dollardan yuxarı qalxaraq tarixi maksimumu yeniləyib.

ABC.AZ xəbər verir ki, bunu Binance saytının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 08:56-a olan məlumata görə, bitkoinin qiyməti 5,78% artaraq 97,476 min dollara çatıb.

Saat 09:03-də bitkoinin dəyəri 97,374 min dollar (+5,69%) səviyyəsində idi.