Regionlardakı poçt şöbələrinin bağlanması araşdırılacaq

16:56 - 20.11.2024


20 noyabr, Fineko/abc.az. Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisdə gələn ilin büdcə zərfinin müzakirəsinə həsr olunmuş iclasda maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, Dünya Bankı poçt şöbələrinin fəaliyyəti üçün kredit ayırmışdı:

“Bununla Mərkəzi Bank ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məşğul idi. Şöbələrin fəaliyyətinin səmərəsiz olması nəzərə alınaraq onlara məhdud şəkildə bank xidmətlərinin göstərilməsi üçün şərait yaradılmışdı. Bu xidmətlər pul köçürmələri və kommunal xidmətlərin ödənişidir. Biz araşdırıb poçt şöbələri üçün digər mümkün məsələlərə də baxacağıq”. (Report)