Neft qiymətləri cüzi dəyişir, Brent bir barelə $73,28 təşkil edir

09:35 - 20.11.2024


20 noyabr, Fineko/abc.az. Etalon markaların qiyməti çərşənbə günü ticarətdə zəif dəyişir.

Brent markalı neftin yanvar  fyuçersləri ICE Futures birjasında saat 09: 33-də $0,03 (0,04%) azalaraq bir barelə $73,28-a düşüb. Noyabrın 19-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,01 (0,01%) artaraq bir barelə $73,31-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 9:33-də  $0,01 (0,01%) artaraq bir barelə $69,25-a yüksəldi. 19 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,07 (0,10%) – bir barelə $69,24-a yüksəldi.