16:27 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. Hazırda yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bəzi hallarda cərimə yazılır, amma büdcəyə gəlmir: "Biz bu məsələyə nəzarəti gücləndirəcəyik. İcmal proqram təminatı vasitəsilə biz cərimələrin büdcəyə ödənilməsinə nəzarət edəcəyik". (APA)