14:27 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. Azərbaycanın cəmi maliyyə aktivləri 2024-cü ilin 1 iyul tarixində ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 103 milyard 272.4 mln. manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, 01.07.2024-cü il tarixinə xalis maliyyə aktivləri (XMA) isə 77 milyard 586,3 mln. manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyard 543,1 mln. manat azalıb.
Xalis maliyyə aktivlərinin azalması öhdəliklərin əhəmiyyətli artımı ilə izah edilir.
Belə ki, əsasən dövlət zəmanətinin dövlət borcuna çevrilməsi nəticəsində öhdəliklərdə 9 milyard 535,1 mln. manat artım qeydə alınmışdır ki, bu da maliyyə aktivlərində qeydə alınan 3 milyard 992 mln. manat artımı (tamamilə DNF üzrə olmaqla) üstələyib.