14:11 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ xəbər verir ki, AMB-nin məlumatına görə, noyabrın 19-da valyuta hərracında bankların tələbi 73,00 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 33,3 milyon dollar (83,9%) çoxdur. Noyabrın 14-də keçirilən valyuta hərracında AMB banklara 39,7 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə orta çəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.