Bu ölkənin Milli Bankı yeni ildən öz valyutasını avroya bağlamaqdan imtina edəcək

17:16 - 18.11.2024


18 noyabr, Fineko/abc.az. Moldova Milli Bankı (NBM) 2 yanvar 2025-ci il tarixindən etibarən Moldova leyinin rəsmi məzənnəsini təyin etmək üçün ABŞ dollarının əvəzinə avronu əsas valyuta kimi istifadə edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Moldovanın Milli Bankı məlumat verir.

"Qərar Moldova iqtisadiyyatının ölkənin kommersiya və maliyyə strukturunda dominant rol oynayan Avropa Birliyi bazarına yönəlməsini əks etdirir", - məlumatda qeyd olunur.

MMB hesab edir ki, bu dəyişiklik Moldava leynin avroya nisbətdə məzənnəsinin dəyişməsini və avronun alış və satış məzənnələri arasındakı fərqi azaldacaq ki, bu da iqtisadiyyata fayda gətirəcək və valyuta mübadiləsi xərclərini azaltmağa kömək edəcəkdir.

Bu, MMB-in pul siyasətinə təsir etməyəcək və pul təklifində dəyişikliklərə səbəb olmayacaq.